İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görüş keçirilib

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın növbəti il üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsinə dair müzakirələr aparılıb. Onlayn görüşdə Azərbaycan Republikası Nazirlər Kabinetinin müvafiq şöbəsinin nümayəndəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadiqov, Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri Arzu Suleymanov, şöbənin digər əməkdaşları və Tədbirlər Planında qeyd edilmiş  əsas icraçı qurumların nümayəndələri iştirak ediblər.

Dövlət Proqramının Tədbirlər Planında nəzərdə tutulan indikatorlar üzrə icraçı qurumlar tərəfindən həyata keçirilən koordinasiyalı fəaliyyət  əhaliyə keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsinə,  yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılmasına, habelə fərdi mobil nəqliyyat vasitələrinin, nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə cavab verən səviyyədə təmin edilməsinə və nəqliyyatda rəqəmsal texnologiyaların tətbiqi prinsiplərinin müəyyənləşdirilməsinə xidmət edir.

Görüş zamanı Tədbirlər Planı çərçivəsində görülmüş işlərə dair 2025-ci il üzrə hesabatlılığın təmin edilməsi, o cümlədən növbəti mərhələdə qarşıda duran vəzifələrin icrasına dair indikativ planlaşdırma zamanı diqqət yetirilməli istiqamətlər vurğulanıb.  Bununla yanaşı, qeyd olunan tədbirlərin tam və effektiv icrasının həyata keçirilməsi, eləcə də Tədbirlər Planı istiqamətində qiymətləndirmə imkanlarının artırılması ilə bağlı əhəmiyyət daşıyan məqamlar qeyd edilib.

Qeyd edək ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli 456 nömrəli Sərəncamının 3-cü hissəsinə əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM