İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrası ilə bağlı görüş keçirilib

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın  növbəti il üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsinə dair onlayn görüş keçirilib. Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadiqov, Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri Arzu Suleymanov, şöbənin digər əməkdaşları və Tədbirlər Planında qeyd edilmiş  əsas icraçı qurumların nümayəndələri iştirak ediblər.

2024−2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın Tədbirlər Planında nəzərdə tutulan indikatorlar üzrə icraçı qurumlar tərəfindən həyata keçirilən koordinasiyalı fəaliyyət  su ehtiyatlarının artırılmasına, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasına, həmin sahədə idarəetmənin müasirləşdirilməsinə, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafına xidmət edir.

Görüş zamanı Tədbirlər Planı çərçivəsində görülmüş işlərə dair 2025-ci il üzrə hesabatlılığın təmin edilməsi, o cümlədən növbəti mərhələdə qarşıda duran vəzifələrin icrasına dair indikativ planlaşdırma zamanı diqqət yetirilməli istiqamətlər vurğulanıb.  Bununla yanaşı, qeyd olunan tədbirlərin tam və effektiv icrasının həyata keçirilməsi, eləcə də Tədbirlər Planı istiqamətində qiymətləndirmə imkanlarının artırılması ilə bağlı əhəmiyyət daşıyan məqamlar qeyd edilib.

Qeyd edək ki, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamının 4-cü hissəsinə əsasən, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM