İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

Süni intellekt Strategiyası üzrə indikativ planlaşdırma məqsədilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” çərçivəsində 2026-cı il üçün yekun nəticə indikatorları üzrə hədəf göstəricilərin dəqiqləşdirilməsi məqsədilə iclas keçirilib. Onlayn iclasda Strategiya üzrə əsas icraçı orqanlar - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və Elm və Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.

Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, süni intellektin tətbiqi üçün əlverişli şərait yaradılması, süni intellekt sənayesində işləmək üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması, cəmiyyətin bütün üzvlərinə süni intellektin faydalarının geniş şəkildə təbliğ edilməsi Strategiyanın əsas hədəfləridir. İclasda 2025-ci ildə hədəf indikatorlar üzrə həyata keçirilən tədbirlərin cari icra vəziyyəti və 2026-cı il üçün nəticə indikatorları üzrə hədəf göstəricilərin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.

“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli, 530 nömrəli Sərəncamının 4-cü bəndinə əsasən, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM