İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə indikativ planlama davam edir

Görüşlər zamanı Dövlət Proqramı çərçivəsində qarşıda duran vəzifələr və perspektivlər müzakirə olunur, həmçinin monitorinq və qiymətləndirmə prosesinin optimal təşkili ilə bağlı mühüm məqamlar nəzərdən keçirilir.

İndiyədək keçirilmiş görüşlərdə “Azərbaycan Dəmir Yolları” QSC, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Azərişıq” ASC, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, “Azərenerji” ASC, Azərbaycan Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi, “Təmiz Şəhər” ASC, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı azad edilmiş ərazilərdə təhlükəsiz yaşayış şəraitinin təmin olunması və ictimai idarəetmənin təşkili, şəhər, qəsəbə və kəndlərin tikintisi və onların infrastrukturla təmin edilməsi, əhalinin geri qayıdışı və dayanıqlı icmaların yaradılması, ərazilərin inkişafı və reinteqrasiyasını dəstəkləyən strateji əhəmiyyətli və kompleks infrastrukturun formalaşdırılması, yerli iqtisadiyyatların dayanıqlı məskunlaşma üçün daxili və xarici dəyər zəncirlərinə inteqrasiyası, ekoloji vəziyyətin yaxşılaşdırılması və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi, eləcə də yekun nəticə göstəriciləri üzrə hədəflərin müəyyən edilməsi və icrası ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Ümumilikdə, oktyabr və noyabr ayları ərzində Dövlət Proqramı çərçivəsində əsas icraçılar kimi müəyyən edilmiş 42 qurumla müvafiq görüşlərin keçirilməsi planlaşdırılır.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM