İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

İİTKM-in monitorinq və qiymətləndirmə prosesi Türkiyə Prezident Administrasiyası nümayəndəsinə təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsinin Maliyyə Departamentinin rəhbəri Dr. Tarık Akın ilə görüş keçirilib.

İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn qonağı salamlayaraq Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da gücləndirilməsinin, birgə layihə və tədqiqatların həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, Mərkəzdə icra olunan layihələr və həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verərək qeyd edib ki, birgə təşəbbüslər iki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinə və ümumi inkişaf prosesinə mühüm töhfə verəcək.

İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov görüş zamanı Mərkəzdə həyata keçirilən monitorinq və qiymətləndirmə prosesləri haqqında geniş məlumat verib. O, qarşılıqlı əməkdaşlığın zəruriliyini vurğulayaraq, bu istiqamətdə təkcə Azərbaycan–Türkiyə əməkdaşlığı çərçivəsində deyil, həm də Türk Dövlətləri Təşkilatı (TDT) timsalında birgə araşdırmaların və təşəbbüslərin vacibliyini qeyd edib.

Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri Gültac Əhmədzadə-Tapdıqzadə dövlət proqramlarının icrasının monitorinqi üzrə tətbiq edilən rəqəmsal hesabatlılıq platformalarını təqdim edərək, məlumatların şəffaflığı və nəticəyönümlü idarəetmə sahəsində Azərbaycanın tətbiq etdiyi innovativ yanaşmalar barədə məlumat verib.

İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərova isə Mərkəzin Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirdiyi fəaliyyətlər, nəşr olunan “Türk İqtisadi İcmalı” və digər birgə layihələr barədə danışıb.

Görüşün sonunda tərəflər birgə tədqiqatların aparılması və bu istiqamətdə əməkdaşlığın Türk Dövlətləri Təşkilatı timsalında genişləndirilməsinin vacibliyi barədə razılığa gəliblər.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM