İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" çərçivəsində nəzərdə tutulan tədbirlərin icrasına dair hesabatların "e-monitorinq" portalı vasitəsilə təqdim olunması ilə bağlı yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün təşkil olunan təlimlər davam edir.

Təlimlərin ikinci günündə Şəki Şəhər İcra Hakimiyyəti, eləcə də Siyəzən, Şabran, Xızı, Xaçmaz, Xəzər, Qusar, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, İsmayıllı, Ağsu, Şamaxı və Göyçay rayon icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova bildirib ki, Mərkəz hazırda 30-a yaxın strategiya, dövlət proqramı və fəaliyyət planı üzrə monitorinq və qiymətləndirmə həyata keçirir. Onun sözlərinə görə, bu proses tam rəqəmsal mühitdə təşkil olunub və "e-monitorinq" portalı vasitəsilə icra olunur. T. Salıfova qeyd edib ki, keçirilən təlimlərin əsas məqsədi Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasının monitorinqi, elektron hesabatların hazırlanması və onların "e-monitorinq" portalı üzərindən təqdim edilməsi qaydaları barədə iştirakçıların bilik və bacarıqlarının artırılmasıdır.

İİTKM-in icraçı direktorunun müşaviri Bağış Əhmədov Fəaliyyət Planında yerli icra hakimiyyəti orqanlarının icra etməli olduqları tədbirlər, həmin tədbirlər üzrə Yol Xəritələrinin hazırlanması və indikativ planlaşdırmanın əhəmiyyəti barədə çıxış edib.

Daha sonra İİTKM-in şöbə müdiri İsmət Mehrəliyeva yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalında yaradılmış yeni modulun funksional imkanlarını təqdim edib. Təqdimat çərçivəsində moduldan istifadə qaydaları izah olunub, hesabatların sistem üzərindən hazırlanması və təqdim edilməsi prosesi ətraflı nümayiş etdirilib.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İİTKM-in mütəxəssisləri tərəfindən cavablandırılıb.

Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM