İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI
![]() |
"Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik" Heydər Əliyev |
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyat üzrə hədəflərə nail olunması məqsədilə yaradılmış “İqtisadi artım" üzrə işçi qrupun növbəti iclası keçirilib. İclasda Strategiya üzrə nəzərdə tutulan tədbirlərin icra vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
İclasda çıxış edən işçi qrupun sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Strategiya üzrə həyata keçirilən tədbirlərin ölkəmizdə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafın təmin olunmasında əhəmiyyətini vurğulayıb. Görüşdə işçi qrupunun fəaliyyət istiqamətləri üzrə tədbirlərin icra vəziyyəti, həmçinin İqtisadiyyat Nazirliyinin əsas icraçı olduğu tədbirlər çərçivəsində görülmüş işlər barədə məlumat verib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Təranə Salıfova Strategiyanın icrasının yekun mərhələsinə yaxınlaşması fonunda 2026-cı il üzrə hədəflərə nail olunmasının, icrası davam edən tədbirlərin sürətləndirilməsinin və nəticə indikatorları üzrə nəzərdə tutulan göstəricilərin təmin edilməsinin əhəmiyyətini vurğulayıb.
İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov Strategiyanın monitorinq və qiymətləndirilməsi çərçivəsində 2026-cı ilin 6 ayı ərzində görülmüş işlər və qarşıda duran fəaliyyət istiqamətləri barədə məlumat verib.
Daha sonra Strategiyada nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, növbəti addımlar müəyyənləşdirilib.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasının təmin edilməsi, həmçinin aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə 8 işçi qrupu yaradılıb.
|
Ümumi məlumat
Qaydalar
|
Media
Xəbərlər
Fotolar
Videolar |