İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

İİTKM-in icraçı direktoru Naxçıvan MR-nin dövlət qulluqçuları üçün seminar keçib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Naxçıvan Muxtar Respublikasının (MR) ayrı-ayrı dövlət qurumlarında işləyən 200-ə yaxın dövlət qulluqçusu üçün onlayn qaydada seminar keçib. V.Qasımlı monitorinq və qiymətləndirilməsi İİTKM-ə həvalə olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” və bu Proqramın rəqəmsal idarəolunması barədə seminar iştirakçılarına məlumat verib. O, qeyd edib ki, Prezident İlham Əliyevin bu tapşırığının ən yüksək səviyyədə icra olunması üçün İİTKM tərəfindən 2023-2027-ci illər üzrə Naxçıvan Monitorinq Portalı yaradılıb: “Bu portal monitorinq və qiymətləndirmə fəaliyyətinin həyata keçirildiyi ən müasir platforma hesab olunur. Naxçıvan ilə bağlı Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi də onlayn qaydada məhz bu portal üzərindən həyata keçiriləcək”. Dövlət Proqramının monitorinq və qiymətləndirilməsinə cari ilin sonunda başlanacağını qeyd edən V.Qasımlı bu prosesin necə icra olunacağı ilə bağlı da məlumat verib.

Seminar çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Bu qəbildən növbəti görüşün canlı ünsiyyət formatında təşkil olunacağı qeyd edilib.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın dövlət qulluğunda bilik, bacarıq və səriştənin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi bəndinin əsas icraçısı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasıdır. Seminar da bu çərçivədə baş tutub.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM