İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

Məşğulluq Strategiyası üzrə Tədbirlər Planının 2021-ci il üzrə icrasının monitorinq və qiymətləndirilməsinin nəticələri müzakirə edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planının 2021-ci üzrə icrasının monitorinq və qiymətləndirilməsi işlərinin nəticələri müzakirə edilib.

Müzakirələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Statistika Komitəsi, Dövlət İmtahan Mərkəzi və Dövlət İdarəçilik Akademiyasının nümayəndələri iştirak edib.

İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı aparılmış monitorinq və qiymətləndirmə işləri, bu işlərin əsas istiqamətləri barədə məlumat verib. 

Əmək əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Məşğulluq Strategiyasının prioritetləri üzrə ötən il görülən işləri, o cümlədən aktiv məşğulluq proqramlarının genişləndirilməsi, müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi, əmək və məşğulluq sahəsində rəqəmsal həllərin tətbiqi və s. istiqamətlərdə atılan addımları diqqətə çatdırıb.

İİTKM-in departament rəhbəri Yusif Səfərov Tədbirlər Planı çərçivəsində ötən il görülən işlərə dair təqdimatla çıxış edib.

 Tədbirlər Planına uyğun olaraq əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi və s. istiqamətində aparılmış işlər müzakirə olunub.

Aidiyyəti qurumlar tərəfindən icra edilən tədbirlər və əldə olunan nəticələrdən bəhs edilib, hesabat ilində nəzərdə tutulan tədbirlər üzrə icraçı qurumların yerinə yetirdikləri işlərin qiymətləndirilməsinin yekunları təhlil edilib.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM